Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Avqust 2020 20:56
Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyul 2020-ci il tarixli 2-3(103)-130/2020 saylı qərarı ilə ləğv prosesində olan "Amrahbank" ASC-nin, 2-3(103)-131/2020 saylı qərarı ilə ləğv prosesində olan "NBC Bank" ASC-nin, 2-3(103)-129/2020 saylı qərarı ilə ləğv prosesində olan "Atabank" ASC-nin və 2-3(103)-139/2020 saylı qərarı ilə ləğv prosesində olan "AG Bank" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən kreditor tələblərinin qeydiyyat müddəti 30 gün uzadılıb.
Fonddan Sonxeber.net-a verilən məlumata görə, tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:
- kreditorun adı və ünvanı;
- tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
- tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.
Kreditorlardan xahiş olunur ki, kreditor tələbinin qeydiyyata alınması üçün hər bir bank üzrə aşağıda qeyd olunan ünvana müraciət etsinlər:
Ləğv prosesində olan "Amrahbank" ASC üzrə -
Bakı şəhəri, Xocalı prospekti 36 A, ləğv prosesində olan "Amrahbank" ASC-nin baş ofisi.
Əlavə məlumat üçün əlaqə nömrəsi: (+99412) 480-28-39.
Ləğv prosesində olan "NBC Bank" ASC üzrə -
Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küç., məhəllə 2054, ləğv prosesində olan "NBC Bank" ASC-nin baş ofisi.
Əlavə məlumat üçün əlaqə nömrəsi: 932
Ləğv prosesində olan "Atabank" ASC üzrə -
Bakı şəhəri, Şəmsi Bədəlbəyli küçəsi 102, ləğv prosesində olan "Atabank" ASC-nin baş ofisi.
Əlavə məlumat üçün əlaqə nömrələri: (+99412) 497-87-00;
Qaynar xətt - 136.
Ləğv prosesində olan "AG Bank" ASC üzrə -
Bakı şəhəri, Cəlil Məmmədquluzadə küç., 102A, ləğv prosesində olan "AG Bank" ASC-nin baş ofisi.
Əlavə məlumat üçün əlaqə nömrəsi: 497-50-17 (daxili 1010)
Qaynar xətt: 135
Əlavə olaraq bildiririk ki, kreditor tələblərinin qeydiyyatı 14 sentyabr 2020-ci il tarixədək aparılacaqdır.