Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2020 10:00
Bakı. Samir Əli - Trend:
Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən qaydaları pozan velosipedçilərə qarşı reyd keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, avtomobil yollarında hərəkət edərək həm özləri, həm də digər hərəkət iştirakçıları üçün təhlükə yaradan velosipedçilər saxlanılıb. Onlarla profilaktik söhbətlər aparılıb, velosipedi digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmayan daha təhlükəsiz yerlərdə idarə etmələrinin vacibliyi izah olunub.
Reyd zamanı qaydaları pozan 15 velosipedçi barəsində inzibati tədbir görülüb.