Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2019 02:09
Bakı. Mətanət Nəsibova - Trend:
Kənd təsərrüfatı sahəsində şəffaflıq və səmərəliliyə nail olmaq üçün innovativ texnologiyaların tətbiq olunması prosesini gücləndirmək lazımdır.
Trend-in məlumatına görə, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Bakıda keçirilən BMT Dövlət Xidmətləri Forumunda deyib.
O bildirib ki, həmin proses ölkədə davam edir:
“Bu məsələ dövlət siyasətinin prioritetindədir və bunun bariz nümunəsi kimi inklüziv xidmətlərin bütün spektrini əhatə edən ASAN Xidməti göstərmək olar”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin