Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona''da dəyişiklik edə bilmədim, istefa verdim'' - Abidal

''Barselona''da dəyişiklik edə bilmədim, istefa verdim'' - Abidal

Tarix: 20 Avqust 2020 22:10

"Barselona"nın keçmiş idman direktoru Erik Abidal Kataloniya klubundan ayrılmasını izah edib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə İnstaqram səhifəsində yazan fransalı mütəxəssis Kataloniya klubundan qovulmadığını, öz istəyi ilə getdiyini bildirib:

"Hörmətli "Barsa" fanatları, vidalaşmaq üçün bu sətirləri yazmaq istədim. Həyatımın iki mühüm mərhələsini sizinlə bölüşə bildiyim üçün dərin minnətdarlığımı bildirirəm. Biri oyunçu, digəri idarəedici kimi. İkinci dövr iki ili əhatə edir. Bu müddətdə "Barsa"nı daha yaxşı vəziyyətə gətirməyə çalışdım.

Direktorlar şurası bazar ertəsi günü vəzifəmdə qalmağımı təsdiqləsə də, ötən çərşənbə axşamı istefa verdim.

Son iki ildə dəyişikliklər etməyə çalışdım. Fikrimcə, bu, komandanın gələcəyi üçün çox vacib idi. Əminliyimə və əzmimə baxmayaraq, bunu edə bilmədim. Bu səbəbdən düşündüm ki, klubla münasibətlərimə son verməyin vaxtı gəlib. Ona görə də "Barselona" ilə daha bir il müqaviləm olmasına rəğmən, klubdan getdim.

Bu gün "Barselona"da vəziyyət çətindir, amma şübhə etmirəm ki, bu böyük kluba layiq olan uğurları qaytarmaq mümkündür. Bunu ürəkdən arzulayıram.

Hamınız çox sağ olun. Yaşasın "Barsa", yaşasın Kataloniya".

Xatırladaq ki, 2007-2013-cü illərdə futbolçu kimi "Barselona"nın şərəfini qoruyan fransalı mütəxəssis 2018-c ildə klubun idman direktoru təyin edilmişdi. O, komandanın Çempionlar Liqasının  1/4 finalında "Bavariya"ya 2:8 hesabı ilə uduzmasından sonra istefa verib.


Etiketlər:  Barselonada dəyişiklik edə bilmədim istefa verdim Abidal


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ