Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AtaNet gündəlik ödəmələri daha yaxın etdi

AtaNet gündəlik ödəmələri daha yaxın etdi

Tarix: 25 Iyun 2019 12:42

Bakı. Trend:

“AtaBank” ASC AtaNet mobil və internet bankçılıq xidməti istifadəçiləri üçün növbəti yeniliyi təqdim edir. Beləliklə, bank əməliyyatları, kredit ödənişləri və bank hesablarına nəzarətlə yanaşı, digər gündəlik ödəmələri də AtaNet tətbiqindən çıxmadan tez və rahat həyata keçirmək mümkündür. Artıq AtaNet-də kommunal xidmətləri, Naxçıvan MR üzrə ödənişləri, telefon, internet, kabel televiziyasını ödəmək imkanı mövcuddur.

Mütəmadi olaraq yenilənən müasir bankçılıq proqramı olan AtaNet-i App Store və Play Store-dan asanlıqla yükləyə bilərsiniz. Müştəri nömrəsi və ya Asan İmza ilə təhlükəsiz giriş və əməliyyat imkanı verən mobil əlavə, həmçinin barmaq və üztanıma funksiyalarını da dəstəkləyir. Qeyd edək ki, AtaNet xidmətindən üç dildə (Azərbaycan, Rus, İngilis) yararlanmaq mümkündür.

Bankın xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər 136 qaynar xəttinə zəng vura və ya bankın internet səhifəsini ziyarət edə bilərlər - https://atabank.com/az/

25 ildən artıq fəaliyyət göstərən “AtaBank” ASC müasir və universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  AtaNet gündəlik ödəmələri daha yaxın etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ