Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Internet Explorer 11 və Edge fəaliyyətini dayandıracaq

Internet Explorer 11 və Edge fəaliyyətini dayandıracaq

Tarix: 20 Avqust 2020 23:12

Internet Explorer 11 və Edge bir müddət sonra fəaliyyət göstərməyəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, Microsoft artıq gələn ildən sözügedən platformaların fəaliyyətini dayandırmağı düşünür. Buna səbəb kimi isə platformaların daha müasir rəqibləri ilə rəqabətə tab gətirə bilməmələri göstərilib.

Bildirilib ki, Microsoft şirkəti Internet Explorer 11-i gələn ilin 17 avqustunda, Edge-ni isə həmin ilin martın 9-da bağlayacaq.

Qeyd edək ki, növbəti mərhələdə Windows 10 cihazlarında Edge platformasının yeni versiyasının istifadəyə veriləcəyi gözlənilir.

Milli.Az


Etiketlər:  Internet Explorer 11 Edge fəaliyyətini dayandıracaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ