Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2020 22:28
Bu gün Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünə start verilib.
Qol.az xəbər verir ki, bununla da çempionatdakı 165 günlük fasilə bitib. Ölkəmizdə koronavirus pandemiyasına görə mart ayından çempionat oyunları keçirilmirdi.
İlk oyun günündə 2 matç keçirilib. Çempionatda ilk turun açılış görüşü Sumqayıtda oynanılıb. Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Sumqayıt"la "Keşlə" qarşılaşıb. Matç Bakı təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da "Keşlə"nin yeni baş məşqçisi Yunis Hüseynov ilk oyununa qalibiyyətlə başlayıb.
Günün ikinci görüşündə Avroliqadakı digər təmsilçimiz “Neftçi” “Səbail”i qəbul edib və 2:1 hesabı ilə qalib gəlib
İlk turun digər qarşılaşmaları 22-23 avqust tarixlərinə təyin edilib.
Qeyd edək ki, koronavirus pandemiyasına görə Premyer Liqanın oyunları azarkeşsiz keçiriləcək.
21 avqust
20:30. “Neftçi” – “Səbail” - 2:1
Qollar: Namiq Ələsgərov, 16 (1:0), 66 (2:0), Peyman Keşavarz, 79 (2:1)
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Namiq Hüseynov, Namiq Bəkirov
8-ci km stadionu
18:30. “Sumqayıt” – “Keşlə” - 0:1
Qol: Azər Salahlı, 90+4
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslim Əliyev, Nicat İsmayıllı
“Sumqayıt Arena”
27-ci dəqiqədə "Sumqayıt" penaltini düzgün yerinə yetirə bilməyib.
22 avqust (şənbə)
20:00. “Qarabağ” – “Sabah”
“Azersun Arena”
23 avqust (bazar)
19:00. “Qəbələ” – “Zirə”
Qəbələ şəhər stadionu