Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Trabzonspor''da ayrılıq

''Trabzonspor''da ayrılıq

Tarix: 21 Avqust 2020 10:34

Ötən gün Xose Sosa ilə yolları ayırdığını açıqlayan "Trabzonspor" bu gün daha bir legioneri ilə vidalaşıb.

Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, Superliqa təmsilçisi Nemanya Andusiçin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə Andusiçin müqaviləsinin 50 min avro qarşılığında ləğv olunduğu diqqətə çatdırılıb.

Qeyd edək ki, "Trabzonspor" Andusiçi ötən mövsümün əvvəlində Bosniya və Herseqovinanın "Mladost" klubundan 50 min avroya transfer etmiş və 4 illik müqavilə bağlamışdı. Lakin futbolçu komandada möhkəmlənə bilməyib. O, geridə qalan mövsümü "Balıkesirpsor"da icarədə keçirib.


Etiketlər:  Trabzonsporda ayrılıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ