Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2020 17:15
Bakı. Elçin Mehdiyev – Trend:
Bu günə qədər Mərkəzi Neftçilər Xəstəxanasında 900-ə qədər koronavirus xəstəsi qəbul olunub.
Trend-in məlumatına görə, bunu Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infekionisti Fərrux Sədirov Nazirlər Kabineti yanında Operativ Qərərgahın brifinqində deyib.
Dünya statistikasından misal gətirən F.Sədirov bildirib ki, fevral-aprel ayrlarında Almaniyada xəstəxanadaxili ölüm faizi 22 faiz olaraq göstərilib. Onun sözlərinə görə, Mərkəzi Neftçilər Xəstəxanasında xəstəxanadaxili ölüm faizi 12 faizdir.
F.Sədirovun sözlərinə görə, Azərbaycanda koronavirus xəstələrinin ölüm faizi 1.5-1.6 faiz arasında dəyişir, digər ölkələrdə bu rəqəm 10-faizdən yuxarıdır:
“Bu gün dünya nəyi tətbiq edirsə biz də onu tətbiq edirik, nəyi bilirsə biz də onu bilirik. Bizim ölüm faizimiz dünyada olandan çox aşağıdır”.