Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sağlam gənclər koronavirusdan niyə ölür? – Həkim açıqladı

Sağlam gənclər koronavirusdan niyə ölür? – Həkim açıqladı

Tarix: 21 Avqust 2020 17:42

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda koronavirusdan vəfat edən sağlam gənclərin ölüm səbəbi açqlanıb.

Trend-in məlumatına görə, Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infekionisti Fərrux Sədirov Nazirlər Kabineti yanında Operativ Qərərgahın brifinqində deyib ki, sağlam gənclərin ölüm səbəbləri arasında virus yükü çox önəmlidir.

Onun sözlərinə görə, virus yükü nə qədər çox olarsa, xəstəlik bir o qədər ağır keçir: “İmmun sistemi nə qədər güclü olsa da milyonlarla virus yükü qarşısında aciz qalır və müqavimət göstərə bilmir. Bu səbəbdən digər orqanlar da sıradan çıxır və xəstəlik ölümlə nəticələnir. Bu virus adi qriplə və başqa respirator xəstəliklə müqayisə olunmamalıdır”.


Etiketlər:  Sağlam gənclər koronavirusdan niyə ölür Həkim açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ