Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusa xas olan əsas əlamətlər açıqlandı

Koronavirusa xas olan əsas əlamətlər açıqlandı

Tarix: 21 Avqust 2020 17:56

Koronavirusun dünyada qəbul olunan əsas əlamətləri qızdırma, quru öskürək və halsızlıqdır.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

F.Sədirov bildirib ki, daha sonra gələn əlamətlər isə əzələ ağrıları, başağrıları, ürək bulanmaları, mədə-bağırsaq problemləri və digər əlamətlərdir. Onun sözlərinə görə, heç bir şikayət olmadığı halda dad və iy bilmə hissinin birdən-birə itməsi koronavirusa xas olan bir xarakterdir. Hətta bəzi ölkələrdə bu əlamətin olması virusun müsbət olması ehtimal kimi qəbul edilir.


Etiketlər:  Koronavirusa olan əsas əlamətlər açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ