Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2020 20:28
Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün ilk qolu vurulub.
Qol.az xəbər verir ki, bu, 1-ci turun "Sumqayıt" - "Keşlə" açılış matçında gerçəkləşib. Yeni mövsümün ilk qolunun müəllifi Bakı klubunun futbolçusu Azər Salahlı olub. O, 90+4-cü dəqiqədə fərqlənib.
Qeyd edək ki, "Sumqayıt" - "Keşlə" görüşü qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.