Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Neftçi''nin rəqibindən qələbə

''Neftçi''nin rəqibindən qələbə

Tarix: 21 Avqust 2020 21:44

"Neftçi"nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Şkupi" Makedoniya çempionatında növbəti oyuna çıxıb.

Qol.az xəbər verir ki, Skopye təmsilçisi 3-cü turda səfərdə "Belasitsa" ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib. Bu nəticədən sonra xalını  7-yə çatdıran "Şkupi" liderliyə yüksəlib. 2 oyundan 4 xalı olan "Sileks", "Şkendiya", "Pelister" 2-4-cü pillələri bölüşdürürlər.

Qeyd edək ki, avqustun 27-də 8-ci km qəsəbə stadionunda keçiriləcək "Neftçi" - "Şkupi" oyunu saat 20:00-da başlayacaq.

 

 


Etiketlər:  Neftçinin rəqibindən qələbə


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ