Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kross qaçışı üzrə Bakı çempionatının qalibləri müəyyənləşib

Kross qaçışı üzrə Bakı çempionatının qalibləri müəyyənləşib

Tarix: 22 Avqust 2020 08:56

Bakı Dövlət Cıdır Meydanında kross qaçışı üzrə paytaxt çempionatı keçirilib. Azərbaycan Atletika Federasiyasının, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən çempionatda yeniyetmələr, gənclər və böyüklər iştirak ediblər.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, yarışda 8 komandadan 90 idmançı mübarizə aparıb.

Qadınların yarışında 1 kilometr məsafəyə qaçışda Tutuxanım İsrafilova birinci olub. Leyla Sadıqova 2, Lamiyə Vəliyeva 4, Anna Yusupova isə 6 kilometr məsafəyə qaçışda qızıl medal qazanıblar.

Kişilərin mübarizəsində Səid Səfərli 2, Mahmud Mehdiyev 3, Əlhəm Nağıyev 6, Elman Abışov isə 10 kilometr məsafəyə qaçışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

İlk üç yeri tutan idmançılar baş idarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıb.


Etiketlər:  Kross qaçışı üzrə Bakı çempionatının qalibləri müəyyənləşib


RƏYLƏR