Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Elgiz Əkbər 50 min təzminat istəyir

Elgiz Əkbər 50 min təzminat istəyir

Tarix: 22 Avqust 2020 12:10

Aparıcı Elgiz Əkbər haqqında yalan xəbər yayan sosial şəbəkə səhifələrindən birini məhkəməyə verib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu haqda o, özü məlumat verib. Elgiz bildirib ki, onun şəklini yayaraq, karantin qaydalarını pozduğunu deyiblər:

"Bu boyda da yalan olar? Bu insanlar Allahdan qorxmurlar? Şəkil qışda "Elgizlə izlə" verilişinin təşkilatçılığı ilə keçirilən atasını, əmisini Qarabağ döyüşlərində itirən şəhid balasının toyunda çəkilib. Bu aralar heç bir toy və yas məclisində iştirak etməmişəm. Məhkəmədə görüşərik. 50 min manat təzminat iddiası ilə məhkəməyə müraciət etdim".

Qeyd edək ki, keçmiş deputat Hadi Rəcəblinin övladına toy etdiyi, Elgizin də orada olduğu iddia edilib.

Milli.Az


Etiketlər:  Elgiz Əkbər 50 min təzminat istəyir


RƏYLƏR