Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Balakəndə karantin rejimi qaydalarının təmin olunması ilə bağlı növbəti reyd keçirilib

Balakəndə karantin rejimi qaydalarının təmin  olunması ilə bağlı növbəti reyd keçirilib

Tarix: 23 Avqust 2020 11:00

Bakı. Trend:

Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, Balakən rayonunda karantin rejimi qaydalarının təmin olunması üçün nəzarət tədbirləri həyata keçirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Rayon İcra Hakimiyyəti yanında yaradılan qərargahın üzvləri və polis əməkdaşlarından ibarət mobil qruplar tərəfindən gündəlik olaraq keçirilən reydlər zamanı sosial məsafənin qorunması, tibbi maskalardan istifadənin zəruriliyi vətəndaşların diqqətinə çatdırılır, tövsiyələr verilir.

Karantin rejiminin tələblərinə riayət olunması məqsədilə Balakən Rayon İcra Hakimiyyətinin və Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Katex kəndi ərazisində növbəti reyd keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin, Polis Şöbəsinin rəisi Mehman Əliyevin və digər idarə və təşkilatların rəhbərlərinin iştirak etdiyi reyd zamanı sakinlər tərəfindən karantin rejimi qaydalarına əməl olunması, ictimai nəqliyyatda tibbi maskalardan istifadə olunması vəziyyəti yoxlanılıb. Həmçinin, xüsusi karantin rejimi elan olunan şəhər və rayonlardan icazələri olmadan, istirahət məqsədilə rayona gələn şəxslərin aşkar olunması istiqamətində tədbirlər davam etdirilib. Qaydaları pozanlar barəsində polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər görülüb.

Balakəndə karantin rejimi qaydalarının təmin  olunması ilə bağlı növbəti reyd keçirilib - Gallery Image Balakəndə karantin rejimi qaydalarının təmin  olunması ilə bağlı növbəti reyd keçirilib - Gallery Image


Etiketlər:  Balakəndə karantin rejimi qaydalarının təmin olunması ilə bağlı növbəti reyd keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ