Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aİ-nin ticarət üzrə komissarı vəzifəsindən azad edilə bilər

Aİ-nin ticarət üzrə komissarı vəzifəsindən azad edilə bilər

Tarix: 23 Avqust 2020 19:12

Bakı. Trend:

Aİ-nın ticarət üzrə komissarı Fil Hoqan 80 nəfərin iştirakı ilə keçirilən şam yeməyində iştirak etdiyi üçün vəzifəsindən azad edilə bilər.

Trend-i məlumatına görə, tədbir İrlandiyada, otellərdən birində ölkə parlamentini qolf-cəmiyyətinin təşkili ilə keçirilib.

Bildirilir ki, tədbirin təşkilatçıları icazə verilən qonaqların sayı ilə bağlı koronavirusla mübarizə tədbirlərinə əməl etməyiblər.

F.Hoqan "Twitter" səhifəsində "Oireachtas" otelində şam yeməyində iştirak etdiyi üçün qeyri-şərhsiz üzr istəyib və səhvini etiraf edib. Lakin İrlandiya hakimiyyəti komissarın üzr istəməkdə gecikdiyini hesab edir. Hazırda F.Hoqanın vəzifəsinin icrasının davamı sual altındadır. Buna səbəb tədbirdə iştirakdan əlavə ittifaq rəsmisinin Belçikadan İrlandiyaya girdikdə 14 günlük karantin şərtlərinin pozması olub.


Etiketlər:  ticarət üzrə komissarı vəzifəsindən azad edilə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ