Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Neftçi"nin yubiley qələbəsi

Tarix: 24 Avqust 2020 13:30

“Neftçi” Azərbaycan çempionatlarında 250-ci ev qələbəsini qazanıb.

Qol.az PFL-in saytına istinadən xəbər verir ki, bu, Premyer Liqada 2020/21 mövsümünün 1-ci turuna təsadüf edib.

Öz meydanında “Səbail”ə 2:1 hesabı ilə qalib gələn Bakı klubu yubiley qələbəsinə sevinib. 1992-ci ildən keçirilən çempionatlardakı 250-ci uğur 394-cü matçda qeydə alınıb. Paytaxt təmsilçisi yarışın tarixində ən çox ev qələbəsi qazanan ikinci komandadır. Yalnız “Qarabağ” daha çox – 265 dəfə doğma meydandan qalib ayrılıb.

Qeyd edək ki, “Neftçi”nin Azərbaycan çempionatlarındakı ilk ev qələbəsi 1992-ci il mövsümünə təsadüf edib. “Ağ-qaralar” mayın 8-də Sumqayıt “Xəzər”inə 1:0 hesabı ilə qalib gəlib.

 


Etiketlər:  Neftçinin yubiley qələbəsi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ