Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ermənistan region üçün bir fəlakət mənbəyidir''

''Ermənistan region üçün bir fəlakət mənbəyidir''

Tarix: 24 Avqust 2020 13:36

Əvvəldən başlayaraq bütün obyektiv təhlilçilərin və strateqlərin verdiyi proqnozlara tamamilə uyğun olaraq Ermənistan iqtisadiyyatının dağılması, böhranı və defolt həddinə düşməsi artıq tam çılpaqlığı ilə özünü göstərməyə başlayır.

Bunu Sonxeber.net-a açıqlamasında "Bakı-xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, bu gün Ermənistan iqtisadiyyatı ilə bağlı təkcə elə rəqəmlərin təhlili ölkənin hansı fəlakət həddinə gəlib çatdığını nümayiş etdirir:

"Əvvəla ölkənin iqtisadi potensialının çox zəif olması, ikincisi hakimiyyətdə olan qüvvələrin apardığı təcavüzkar siyasət və bu siyasətin ucbatından on illər boyu Ermənistanın regional təcrid vəziyyətinə düşməsi, ölkənin təcavüzkar siyasət nəticəsində iqtisadi xaos və anarxiya siyasətinin Paşinyan tərəfindən davam etdirilməsi, üstəlik ölkədə müəyyən beynəlxalq şirkətlərə qarşı guya korrupsiya ilə mübarizə adı altında aparılan təqiblər, Rusiyanın və başqa ölkələrin şirkətlərinin təqib olunması, iqtisadi sahədə az-çox gücü olan sahibkarların sırf siyasi əqidəsinə və baxışlarına görə sıxışdırılması, həbsə atılması Paşinyan hakimiyyəti dövründə davam etdirilən siyasi kursun təzahür formaları olmaqla ölkənin iqtisadi tənəzüllünü daha da sürətləndirdi. Bu gün Ermənistan iqtisadiyyatı ilə bağlı təkcə elə rəqəmlərin təhlili ölkənin hansı fəlakət həddinə gəlib çatdığını nümayiş etdirir. Dediklərimə əlavə olaraq ağır pandemiya şəraitində yarıtmaz və istedadsız sosial-iqtisadi siyasət nəticəsində ölkədə vəziyyət daha da ağırlaşdı. Xüsusilə ölkə iqtisadiyyatının nəinki artım tempi yaradıla bilmədi, əksinə tənəzzül prosesləri dərinləşdi, əhalinin demoqrafik problemləri və sosial problemlər günü-gündən dərinləşməyə başladı".

Ekspert qeyd edib ki, Ermənistan rəhbərliyinin ağılsız, təcavüzkar siyasətini davam etdirməsi regionda təcrid vəziyyətinə düşməsinin birbaşa nəticəsidir:

"Bu gün çox acınacaqlı və həm də gözlənilən bir haldır ki, Ermənistanın xarici borcu ümumi daxili məhsulun az qala 50%-ni üstələməkdədir. Halbuki, burada Azərbaycanla müqayisə üçün və Azərbaycanın nə qədər əlverişli və ağıllı siyasət apardığını göstərmək üçün çox gözəl müqayisə rəqəmləri var. Azərbaycanın xarici borcu bu gün inkişaf etmiş hətta dünya dövlətlərindən də çox yüksək səviyyədə olmaqla ÜDM-ün 17-18%-dən yuxarıya qalxmır. Halbuki, bu gün xarici borcunun ÜDM-də payı 50%-dən, demək olar ki, yuxarıdır. Ayrı-ayrı demoqrafik problemlərin təhlili, əhaliyə sosial dəstəyin verilməsi, sosial vəziyyəti nümayiş etdirən rəqəmlər Ermənistanın nə qədər fəlakətli bir həddə olduğunu nümayiş etdirir. Bütün bunlar Ermənistan rəhbərliyinin ağılsız, təcavüzkar siyasətini davam etdirməsinin və nəticədə regionda təcrid vəziyyətinə düşməsinin birbaşa nəticəsidir. Çox təəssüf ki, Ermənistan rəhbərliyi nə erməni cəmiyyətinin çağırışlarına və tələblərinə, nə də sağlam və ağıllı məntiqin çağırışlarına uymaq istəyir. Yetər ki, Azərbaycanın bu gün bütün istiqamətlərdə inkişaf göstəricilərini, hətta ağır pandemiya şəraitindəki inkişaf göstəricilərini Ermənistanla müqayisə edəsən. Demək olar ki, iqtisadiyyatın bütün sahələrində Azərbaycanda qeyri-neft sektorunun bütün istiqamətlərində azacıq da olsa artım var. Azərbaycan dünyanın çox az sayda, bəlkə də nadir ölkələrindən biridir ki, burada iqtisadi artımın tempinə görə də Azərbaycan, demək olar ki, bütün dünya dövlətlərini qabaqlamağı başlayıb. Amma Ermənistanda iqtisadi artımın tempindən, ümumiyyətlə, söhbət gedə bilməz və iqtisadiyyatın bütün sahələrində də rəqəmlər çox ağır bir tənəzzül prosesindən xəbər verir. Bütün bunlar Ermənistanın təkcə təhlükəsizlik nöqteyi nəzərindən yox, həm də iqtisadi, demoqrafik göstəricilər baxımından da region üçün bir fəlakət mənbəyi olduğunu bir daha sübut edir". 

Təhməz Təkin


Etiketlər:  Ermənistan region üçün fəlakət mənbəyidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ