Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Güzdək-Qaradağ dəmir yolu xəttinin yenidən qurulmasına başlanılıb (FOTO)

Güzdək-Qaradağ dəmir yolu xəttinin yenidən qurulmasına başlanılıb (FOTO)

Tarix: 24 Avqust 2020 14:21

Bakı. Ceyhun Ələkbərov - Trend:

“Azərbaycan Dəmir Yolları” QSC şimaldan cənuba, eləcə də əks istiqamətdə yüklərin Abşeron yarımadasına daxil olmadan birbaşa daşınmasını asanlaşdıran Güzdək-Qaradağ dəmir yolu xəttinin yenidən qurulması işlərinə başlayıb.

Bu barədə Trned-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər. Layihəyə görə yolun ox üzrə uzunluğu 36 km, yan yollar ilə birlikdə 80 km olması nəzərdə tutulub:

"Daha öncə mövcud olmuş Güzdək-Qaradağ xətti biryollu olub və bu da qeyd olunan marşrut üzrə hər iki istiqamətdə eyni anda qatarların hərəkətini mümkünsüz edib. 1963-cü ildən işləyən yol sonradan istismar üçün yararsız vəziyyətə düşüb və uzun müddət istifadəsiz qalıb. Yeni layihəyə əsasən yol tamamilə sökülərək genişləndirilir və hər iki istiqamətdə qatarların hərəkətinə imkan verən ikiyollu xətt salınır.

Ümumilikdə layihə üzrə 63 ədəd süni mühəndisi qurğularının salınması nəzərdə tutulub. Belə ki, bu yolda 2 stanisya, 2 körpü, 4 heyvan keçidi, 4 avtomobil keçidi, 5 piyada keçidi, 3 ehtiyat keçidi, 43 suötürücü boru tikiləcək".

Azər Məmmədov, ADY-nin Tikintiyə nəzarət şöbəsinin laboratoriya müdirinin sözlərinə görə, bu yol çətin relyefə malik ərazidən keçir:

"Ona görə də tikinti işlərinə çoxlu sayda ağır texnikalar cəlb olunub. Hal-hazırda dəmir yolunun alt quruluşu üzrə torpaq yatağının hazırlanması və drenəedici materialın verilməsi işləri, dəmir yolunun üst quruluşu üzrə isə ballast materialının verilməsi işləri davam etdirilməkdədir".

Güzdək-Qaradağ dəmir yolu xəttinin yenidən qurulması ölkə üçün bir sıra iqtisadi faydalar verəcək. Belə ki, bu yol yükdaşıma və sərnişindaşıma fəaliyyətlərində vaxta qənaətə, ən əsası şimal və cənubdan gələn yüklərin Abşeron yarımadasına daxil olmadan nəql edilməsinə şərait yaradacaq. Nəticədə bu layihə Şimal-Cənub nəqliyyat dəhlizinin imkanlarının genişlənməsinə böyük töhfə verəcəkdir. Bu da öz növbəsində Azərbaycanın tranzit ölkə qismində mövqeyini daha da gücləndirəcək.

Yeni Güzdək-Qaradağ xəttinin istismarı Abşeron yarımadasında dəmir yolu şəbəkəsinin yüklülüyün azaldılmasına və Abşeron Dairəvi xətti üzrə sərnişin daşımalarının intensivliyinin artırılmasına da imkan yaradacaq.

Həmçinin Güzdək-Qaradağ dəmir yolunun istifadəyə verilməsi regionda yeni iş yerlərinin açılmasına və infrastrukturun formalaşdırılmasına kömək edəcək.

Güzdək-Qaradağ dəmir yolu xəttinin yenidən qurulmasına başlanılıb (FOTO) - Gallery Image Güzdək-Qaradağ dəmir yolu xəttinin yenidən qurulmasına başlanılıb (FOTO) - Gallery Image Güzdək-Qaradağ dəmir yolu xəttinin yenidən qurulmasına başlanılıb (FOTO) - Gallery Image Güzdək-Qaradağ dəmir yolu xəttinin yenidən qurulmasına başlanılıb (FOTO) - Gallery Image Güzdək-Qaradağ dəmir yolu xəttinin yenidən qurulmasına başlanılıb (FOTO) - Gallery Image Güzdək-Qaradağ dəmir yolu xəttinin yenidən qurulmasına başlanılıb (FOTO) - Gallery Image Güzdək-Qaradağ dəmir yolu xəttinin yenidən qurulmasına başlanılıb (FOTO) - Gallery Image


Etiketlər:  Güzdək Qaradağ dəmir yolu xəttinin yenidən qurulmasına başlanılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ