Tarix: 24 Avqust 2020 17:26
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq Moldova "Şerif"i sabah çarter reysi ilə Baklya gələcək.
Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda UEFA-nın qaydasına uyğun olaraq səfər öncəsi koronavirus testindən keçib.
Tiraspol təmsilçisinin bütün futbolçularının və məşqçilər heyətinin test nəticəsi mənfi olub. Test nəticələri UEFA-ya göndərilib.
Qeyd edək ki, avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Şerif" matçı saat 20:00-da başlayacaq.