Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BNA nizamlanmayan piyada keçidlərinə nəzarəti gücləndirdi (FOTO)

BNA nizamlanmayan piyada keçidlərinə nəzarəti gücləndirdi (FOTO)

Tarix: 25 Avqust 2020 09:27

Bakı. Samir Əli - Trend:

Bakı Nəqliyyat Agentliyi Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramının icrası çərçivəsində piyada təhlükəsizliyinin artırılması istiqamətində tədbirləri davam etdirir. Qurumdan Trend-ə verilən məlumatda bildirilir ki, agentlik tərəfindən küçə və prospektlərimizdə yerləşən nizamlanmayan piyada keçidlərində sarı döyünən işıq lampalarının quraşdırılması işlərinə start verilib.

Məqsəd günün xüsusən qaranlıq və toran saatlarında sürücülərin daha diqqətli olmasını və piyada keçidlərini öncədən görməsini təmin etməkdir.

İlkin mərhələdə 100 ədəd nizamlanmayan piyada keçidinə bu cür lampaların quraşdırılması nəzərdə tutulub. Artıq M.Mehdizadə və S.orucov küçələrində quraşdırma işləri yekunlaşdırılıb.

BNA nizamlanmayan piyada keçidlərinə nəzarəti gücləndirdi (FOTO) - Gallery Image BNA nizamlanmayan piyada keçidlərinə nəzarəti gücləndirdi (FOTO) - Gallery Image BNA nizamlanmayan piyada keçidlərinə nəzarəti gücləndirdi (FOTO) - Gallery Image BNA nizamlanmayan piyada keçidlərinə nəzarəti gücləndirdi (FOTO) - Gallery Image BNA nizamlanmayan piyada keçidlərinə nəzarəti gücləndirdi (FOTO) - Gallery Image BNA nizamlanmayan piyada keçidlərinə nəzarəti gücləndirdi (FOTO) - Gallery Image


Etiketlər:  nizamlanmayan piyada keçidlərinə nəzarəti gücləndirdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ