Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tony Hawks Pro Skater 1 + 2-nin yeni treyleri yayımlandı

Tony Hawks Pro Skater 1 + 2-nin yeni treyleri yayımlandı

Tarix: 25 Avqust 2020 20:48

Sony sosial platformalarda Tony Hawk Pro Skater 1 + 2-ni təqdim edən yeni treyler paylaşıb. Əfsanəvi seriyanı tək oyunda birləşdirəcək "game" sentyabrın 4-də yayımlanacaq.

Milli.Az ted.az-a istinadən bildirir ki, Tony Hawks Pro Skater 1 + 2 adı altında yayımlanan seriyanın hər iki oyununu bugünkü texnologiya ilə vahid şəkildə birləşdirəcək. Oyunda köhnə xəritələr də yer alacaq. Hətta bütün səviyyələr, personajlar, musiqi, tövsiyələr və çətin səviyyələr də remastered edilmiş oyunda tapılacaq.

Tony Hawks Pro Skater 1 + 2 son həftələrdə əvvəlcədən sifariş verildi. "Gamer"lər avqustun 14-də oyunun demo versiyasını əldə edə bildilər.

Sony tərəfindən paylaşılan və buraxılış tarixinin yer aldığı treylerə əsasən deyilir ki, Tony Hawks Pro Skater 1 + 2 PS4 Xbox One və PC üçün sentyabrın 4 də oyunçulara təqdim olunacaq.

Milli.Az


Etiketlər:  Tony Hawks Pro Skater 1 2 nin yeni treyleri yayımlandı


RƏYLƏR