Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şərab sənayesində süni intellektin tətbiqi

Şərab sənayesində süni intellektin tətbiqi

Tarix: 25 Avqust 2020 23:48

Sənaye 4.0 ilə texnologiya şərab sənayesini dəyişdirmək potensialına malikdir. Torpaq və nəm analizi, saxlama və şüşələmə mərhələlərində yüksək texnoloji yoxlama sistemləri ilə təchiz olunmuş süni intellekt, illərlə şərab istehsal edən istehsalçıya nisbətən daha az xərc və az risklə daha səmərəli istehsal gerçəkləşdirə bilər.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, Forbes jurnalının şərab inqilabı məqaləsində Avstraliyanın ölkədəki hər üzüm bağını izləmək üçün GAIA (kənd təsərrüfatı üçün yerüstü süni intellekt) ilə dərin öyrənmə və peyk görüntü kitabxanasından istifadə edildiyi bildirilir. Təşkilat məhsul şəraiti və meyvə keyfiyyətini izləmək və üzüm bağlarını təsnif etmək üçün yığdığı məlumatları dərin sinir şəbəkəsinə ötürür.

Süni intellekt sensorlardan və məlumat ötürən vasitələrdən əldə edilən məlumatları təhlil etməkdən inventarları izləyə və məlumatlara əsaslanaraq fəaliyyət təklif edə bilər. Təkliflərin həmişə ənənəvi istehsal üsullarına uyğun olduğunu söyləmək çətindir, bu vəziyyətdə istehsalçı müasir və ənənəvi istehsal arasından seçim etməlidir.

Süni intellekt şərab istehsalçılarının qlobal istiləşmə səbəbindən dəyişən iqlim şəraitinə necə uyğunlaşmalarında mühüm rol oynaya bilər. Üzüm yetişdiyi yerin iqliminə və torpaq xüsusiyyətlərinə çox həssas olduğundan, iqlim və torpaq şəraitindəki dəyişikliklər üzümün xarakterik xüsusiyyətlərinə və buna görə şərabın keyfiyyətinə ciddi təsir göstərəcək. Süni intellektin üzümün hansı mühitdə və necə böyüdüyü haqqında məlumatları saxladığı məlumdur. Eyni şərtlərin yaradıldığı bir süni mühitdə itirilmiş ləzzətlərin geri qayıda biləcəyini də güman etmək olar.


Etiketlər:  Şərab sənayesində süni intellektin tətbiqi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ