Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Renat yeni klubunda ilk oyununa çıxdı

Renat yeni klubunda ilk oyununa çıxdı

Tarix: 26 Avqust 2020 01:18

Millimizin üzvü Renat Dadaşov yeni klubu İsveçrə “Qrasshoppers”ində ilk oyununa çıxıb.

Qol.az xəbər verir ki, 21 yaşlı hücumçu Almaniya 3-cü liqa təmsilçisi "Türkgücü Münhen"lə yoxlama matçında iştirak edib. Görüş İsveçrə klubunun 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Millimizin futbolçusu 64-cü dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, müqavilə ilə "Vulverhempton"a (İngiltərə) məxsus olan Renat növbəti mövsümü icarə əsasında  İsveçrə birinci divizion təmsilçisində keçirəcək.

 


Etiketlər:  Renat yeni klubunda ilk oyununa çıxdı


RƏYLƏR