Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tesla-da yeni prosessor 21 dəfə daha güclü olacaq

Tesla-da yeni prosessor 21 dəfə daha güclü olacaq

Tarix: 27 Avqust 2020 08:36

Yeni nəsil Tesla Full Self-Driving avtopilot sistemi barəsində məlumat ortaya çıxıb. Belə ki, Tesla, Hardware 4.0 prosessorunun yaradılması üçün Tayvanın TSMC şirkəti ilə birləşib. Həmin prosessor yeni Tesla elektromobillərində avtonom sistemlərin idarəsi üçün istifadə olunacaq. Şirkət 7 nanometrlik prosessora keçid edəcək. Prosessorun özü isə foto və videonu Hardware 3.0 modelindən 21 dəfə daha sürətli emal edəcək və 2 ildən sonra təqdim olunacaq. Bu barədə Electrek saytı xəbər verib.

Məlumata əsasən sözügedən layihədə Tesla, Broadcomm və TSMC şirkətləri iştirak edirlər. Mühəndislərdən ibarət xüsusi qrup avtomobillərdə yüksək performanslı hesablama prosesləri üçün nəzərdə tutulmuş prosessor üzərində çalışır. Hal hazırda Tesla elektromobillərində olan Hardware 3.0 prosessoru Samsung tərəfindən istehsal olunur. Hardware 4.0 modeli isə TSMC şirkəti tərəfindən istehsal olunacaq. Belə ki, TSMC şirkəti 7 nanometrlik prosessorların istehsalı məsələsində yetəri təcrübəyə sahibdir.

Çox güman ki, yeni prosessor Tesla elektromobillərində 2022-ci ilin ortasında quraşdırılacaq. İnsayderlər bildiriblər ki, Hardware 4.0 prosessoru sürücüyə yardım üzrə aparıcı sistemlər və avtopilot sistemi üçün lazım olacaq. Hal hazırda bu funksiyaları Hardware 3.0 yerinə yetirir. Hardware 4.0 prosessorunun texniki özəlliklərinə gəldikdə isə onun barəsində məlumat çox azdır. Artıq məlumdur ki, o, foto və video emalını Hardware 3.0-dan fərqli olaraq 21 dəfə daha tez yerinə yetirəcək və daha çox enerji sərfiyyatını tələb edəcək.


Etiketlər:  Tesla yeni prosessor dəfə daha güclü olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ