Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2020 11:36
Ötən ay ərzində Bakıda fərdi yaşayış və bağ evlərinin kirayə qiymətində artım olub.
Sonxeber.net bildirir ki, "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, iyul ayı ərzində Bakıda fərdi yaşayış və bağ evlərinin kirayə qiyməti 4.5 faiz bahalaşıb.
Onun sözlərinə görə, bahalaşma daha çox orta və ucuz qiymətə olan bağ evlərində qeydə alınıb. bahalı evlərdə isə 0.71 faiz azalma müşahidə olunub.
Ekspert vurğulayıb ki, artım əsasən mövsümi xarakter daşıyır.