Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda 300-dən artıq şəxs COVİD-19-a qarşı seroloji testdən keçirilib

Azərbaycanda 300-dən artıq şəxs COVİD-19-a qarşı seroloji testdən keçirilib

Tarix: 27 Avqust 2020 12:50

Bakı. Samir Əli - Trend:

Azərbaycanda COVİD-19 virusunun aşkarlanması ilə bağlı pilot layihə kimi həyata keçirilən seroloji test üçün 300 nəfərdən artıq şəxsdən qan nümunəsi götürülüb.

Bunu Trend-ə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mikrobiologiya üzrə işçi qrupunun rəhbəri Qumral Ələkbərova deyib.

Onun sözlərinə görə, pilot layihə vətəndaşlar arasında normal qarşılanır və əhali artıq bu testdən keçməyə könüllü müraciətlər edirlər: "Seroloji test insanların COVİD-19 virusuna yoluxub-yoluxmamasını müəyyən etməkdir. Məlumdur ki, bu virusu bir çox insan asimptomatik keçirir. Yəni bu xəstəliyin simptomları çox vaxt özünü biruzə vermir, əlamətləri olmur. Virusa yoluxub sağalan şəxs isə bunu hiss etmir. Amma bu virusa yoluxan şəxsin yoluxub sağalandan sonra orqanizmində COVİD-19-a qarşı immunitet yaranır. Seroloji test nəticəsində qan nümunələri ilə həmin immunitet aşkarlanır və həmin şəxsin virusa yoluxduğu müəyyən edilir. Hazırda bu, pilot layihə kimi həyata keçirilir və analiz götürülən şəxs təsadüfi seçilir. Həmin şəxsə zəng olunaraq məlumat verilir, razılığı olduğu halda ondan qan nümunələri götürülür. Seroloji test tam olaraq pulsuz həyata keçirilir və vətəndaş heç bir ödəniş etmir".

Q.Ələkbərova bildirir ki, testin insan orqanizminə heç bir fəsadı yoxdur: "Sadəcə vətəndaşdan 3-5 milli qan nümunəsi götürülür və seroloji test vasitəsilə onun COVİD-19-a yoluxub-yoluxmadığı müəyyən edilir: "Mən vətəndaşlara çağırış etmək istəyirəm ki, onlara zəng gələrsə, dərhal buna razılıq versinlər. Artıq gələn həftədən etibarən seroloji testlər Bakı şəhəri ilə yanaşı, Gəncə və Sumqayıtda da həyata keçiriləcək".

İşçi qrupunun rəhbəri bildirib ki, hələlik pilot layihə kimi həyata keçirilən seroloji test gələcəkdə ölkə ərazisində kütləviləşə bilər: "Artıq 300 nəfərdən götürülən testlər nəticəsində bu xəstəliyi asimptomatik keçirən şəxslər də aşkarlanıb. Testdən keçirilən elə şəxslər var ki, onlar özləri bu virusa yoluxduğunu bilməyib, amma test zamanı aşkarlanıb. Seroloji test layihəsi başa çatandan sonra ölkə ərazisində kütləvi həyata keçirilə bilər".


Etiketlər:  Azərbaycanda dən artıq şəxs COVİD qarşı seroloji testdən keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ