Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Astana'' baş məşqçisiz qaldı

''Astana'' baş məşqçisiz qaldı

Tarix: 27 Avqust 2020 18:56

Qazaxıstanın "Astana" komandası baş məşqçisi Mixal Bileklə yollarını ayırıb.

Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, 55 yaşlı çexiyalı mütəxəssis vaxtından əvvəl vəzifəsindən kənarlaşdırılb.

2020-ci ilin əvvəlində baş məşqçi təyin olunan Bilekin müqaviləsi ləğv edilib. O, hazırda Qazaxıstan millisinin də baş məşqçisidir.

Qeyd edək ki, "Astana" avqustun 18-də UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Belarusun Dinamo Brest komandasına 3:6 hesabı ilə uduzub.


Etiketlər:  Astana baş məşqçisiz qaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ