Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Sumqayıt"da avrokubok təcrübəsi çatışmadı" - "Şkendiya"nın baş məqşçisi

Tarix: 27 Avqust 2020 23:24

"Biz rəqibimizi yaxşı analiz etdik və məqsədimizə çatdıq. Qalib gələrək, mərhələ adladıq".

Qol.az xəbər verir ki, bunu Şimali Makedoniya "Şkendiya"sının baş məşqçisi Ernest Coka "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan təmsilçisinin hücum xəttini düzgün analiz ediblər: "Məhz bu məqam qələbədə əsas rol oynadı. Rəqibimiz yaxşı komandadır, yaxşı heyəti var. 10 və 18 nömrəli futbolçuları fərqləndirərdim. Çatışmayan məqam Avropa Liqası təcrübəsidir". (Report)

 


Etiketlər:  Sumqayıtda avrokubok təcrübəsi çatışmadı Şkendiyanın baş məqşçisi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ