Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Federasiya prezidenti millimizlə oyundan danışdı

Federasiya prezidenti millimizlə oyundan danışdı

Tarix: 28 Avqust 2020 20:38

Kipr Futbol Federasiyasının prezidenti Giorqos Kumas UEFA Millətlər Liqasında qarşılaşacaqları Monteneqro və Azərbaycanla oyunlar öncəsi mətbuat konfransında fikirlərini bildirib.

Qol.az xəbər verir ki, təqribən 10 aylıq fasilədən sonra Kipr millisini ilk rəsmi oyun gözlədiyini deyib: "Futbolçular yaxşı nəticələr qazanmaq üçün Millətlər Liqasına nikbin və inamla başlayacaqlar. Mübarizəyə Monteneqro və Azərbaycana qarşı keçirəcəyimiz 2 ev oyunu ilə start verəcəyik. Əfsuslar olsun ki, bu iki görüşdə azarkeşlərimiz stadiona gələ və komandanı dəstəkləyə bilməyəcəklər. Çünki UEFA-nın protokoluna əsasən oyunlar bağlı qapılar arxasında olacaq Əminik ki, fanatların düşüncələri və istəkləri qarşıda duran bu yeni çağırışda millimizi müşayiət edəcək".

G.Kumas millinin yeni baş məşqçisi Yohan Valemin heyətlə bağlı seçiminə etibar etdiyini söyləyib: "Ümumi məqsədimiz milli komandanın gələcəyini qurmaqdır. Yığmanın ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etməsini və bizi qürurlandırmasını istəyirik".

Qeyd edək ki, Kipr sentyabrın 5-i Monteneqro, 3 gün sonra isə Azərbaycanla qarşılaşacaq.

 


Etiketlər:  Federasiya prezidenti millimizlə oyundan danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ