Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da qasırğa qurbanlarının sayı 14-ə çatıb

ABŞ-da qasırğa qurbanlarının sayı 14-ə çatıb

Tarix: 29 Avqust 2020 03:30

Bakı. Trend:

Luiziana və Texas ştatlarında "Laura" qasırğası qurbanlarının sayı 14-ə yüksəlib.

Trend TASS-a istinadən xəbər verir ki, ən az beş nəfər ağacların düşməsi nəticəsində, səkkiz nəfər qasırğadan evlərində qorunmaq istəyərkən elektrik generatorlardan düzgün istifadə etmədikdə dəm qazından zəhərlənərək ölüb. Bir nəfər boğulub.

Beş ballıq Sapfir-Simpson şkalasına görə 4-cü kateqoriyalı qasırğa sayılan "Laura" siklonu Luiziana və Texas sahillərinə avqustun 20-si gecə saatlarında çatıb. Bu bölgələrdə fırtına və daşqınlar meydana gəlib. Hazırda Texas, Luiziana və Arkanzasda təxminən 600.000 ev işıqsız qalıb.

Daha sonra "Laura" qasırğası tropik fırtına halına qədər zəifləyib.

Qasırğa mövsümü adətən Atlantikada iyunun əvvəlindən noyabrın sonuna qədər altı ay davam edir. Atmosfer fenomeni əhatəsindəki küləyin sürəti təqribən 17,5 m/s-ə çatdıqda tropik fırtına kimi təsnif edilir. Küləyin sürəti 33 m/s və ya daha çox olduqda isə fırtına qasırğa adlandırılır.


Etiketlər:  ABŞ qasırğa qurbanlarının sayı çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ