Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zoom görüşlərinizi maraqlı və əyləncəli edin

Zoom görüşlərinizi maraqlı və əyləncəli edin

Tarix: 29 Avqust 2020 08:56

Müxtəlif sosial şəbəkələrdə və messengerlərdə böyük GİF bazası ilə əhval-ruhiyyəmizi gözəl edən GIPHY servisi bu dəfə maraqlı yeniliyi ilə istifadəçilərini sevindirir. Pandemiya dövrü başlayandan iş, təhsil həyatımızın ayrılmaz hissəsinə çevrilən Zoom videokonfrans tətbiqi ilə birgə təqdim olunan bu yenilik, istifadəçilərin video görüşlər zamanı yalnız bir-birinin simasını görmək deyil, həmçinin arxa fonda müxtəlif əyləncəli giflərin yayımlanması imkanını yaradır.

Milli.Az techland.az-a istinadən bildirir ki, ürəyiniz istəyən GİF-i yaradın, arxa fonda yerləşdirin və monoton keçən görüşlərinizə əyləncə qatın!

Xidmətdən yararlanmaq üçün bu linkə keçid etmək kifayətdir:

https://giphy.com/backdrop/

Milli.Az


Etiketlər:  Zoom görüşlərinizi maraqlı əyləncəli edin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ