Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Erməni gənci gəlib Dağlıq Qarabağda xidmət edib ölmək istəmir''

''Erməni gənci gəlib Dağlıq Qarabağda xidmət edib ölmək istəmir''

Tarix: 29 Avqust 2020 11:12

"Ermənistanda "Müdafiə haqqında" qanunların dəyişməyinin səbəbi bəllidir". 

Bunu Sonxeber.net-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, eyni situasiya 1990-cı illərin əvvəllərində də var idi:

"Ermənistanda insan rezervləri tükənir. Təsəvvür edin, söhbət tək Ermənistan ordusunun Qarabağda işğalçı ordunun saxlanılmasından getmir, bunun özü Ermənistan üçün böyük yükdür. Üstəgəl Naxçıvanla sərhəd var, Azərbaycan və Ermənistanın Tovuz, Qazax istiqamətində uzun bir sərhəddi var.  Burada insan resursları lazımdır. Əhalisinin sayı da 2 milyon neçə yüz min nəfərdi. Azərbaycanın əhalisi isə 10 milyon nəfərdir. Bizim insan resurslarımız kifayət qədərdir. Orduda da bizdə heç bir problem yoxdur, amma Ermənistanda situasiya fərqlidir. Digər tərəfdən Ermənistan vətəndaşları, gəncləri ölkəni sürətlə tərk edirlər. Hər il Ermənistanı 10 minlərlə insan tərk edir, gənclər orduda xidmətdən yayınırlar. Məsəl üçün, erməni gənci gəlib Dağlıq Qarabağda xidmət edib ölmək istəmir. Bu problemlərlə üzləşirlər. Ona görə də bu qanuna dəyişiklik etmək istəyirlər və muzdluları cəlb etmək istəyirlər. Eyni situasiya 1990-cı illərin əvvəllərində də var idi. Əslində bizim torpaqların işğalında önəmli rolu erməni muzdluları oynadı. Bizim kənd, qəsəbə və rayonlarda qətliamları da həmin muzdlular törətdilər. Onların da o zaman pulunu erməni lobbisi verirdi. İndi də eyni situasiyadır".

Politoloq qeyd edib ki, Azərbaycan-Türkiyə ittifaqı da getdikcə güclənir, elə Ermənistanda "Müdafiə haqqında" qanuna dəyişiklikləri də məhz bu qorxudan irəli gəlir:

"Ermənistanın maliyyə problemləri də var. Əgər muzdluları toplamağa çalışsalar, onların maliyyəsini yəqin ki, erməni lobbisi verəcək. Çünki muzdlu Ermənistan vətəndaşından fərqli olara daha çox pul istəyir. Ermənistanın əsgərliyə göndəriln gəncinə maaş verilmir, amma muzdluya hər ay maaş verilməlidir. Bunu Ermənistan höküməti verə bilməyəcək. Deməli erməni lobbisi bu işi üzəinə götürməlidir. Amma fakt ondan ibarətdir ki, böyük bir çətinliklə üzləşiblər. Bu da onları xilas etməyəcək. Çünki müharibə başlayarsa bütün istiqamətlərdə, hətta nə qədər muzdlu yığırlarsa yığsınlar bizimlə baş-başa gələ bilməyəcəklər. Üstəgəl Azərbaycan-Türkiyə ittifaqı da getdikcə güclənir, elə qanuna dəyişiklikləri də məhz bu qorxudan irəli gəlir".

Təhməz Əsədov


Etiketlər:  Erməni gənci gəlib Dağlıq Qarabağda xidmət edib ölmək istəmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ