Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İctimai nəqliyyatla bağlı əlavə qərarlar verilə bilər - Hikmət Hacıyev

İctimai nəqliyyatla bağlı əlavə qərarlar verilə bilər - Hikmət Hacıyev

Tarix: 29 Avqust 2020 11:32

Bakı. Elçin Mehdiyev – Trend:

Hər bir addımın atılması üçün sanitar-epidemioloji vəziyyət təhlil edilərək qərar verilir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

İctimai nəqliyyat haqqında danışan H.Hacıyev bildirib ki, ictimai nəqliyyatda xəttə olan avtobusların sayı artırılıb ki, sıxlıq aradan qaldırılsın. O qeyd edib ki, məktəblərin açılması ilə bağlı da qarşıdan gələn dövr ərzində Bakı Nəqliyyat Agentliyi tərəfindən əlavə tədbirlər görüləcək ki, yarana biləcək sıxlıq aradan qaldırılsın.

PA rəsmisi qeyd edib ki, ictimai nəqliyyatla bağlı vəziyyət təhlil edilərək əlavə qərarların verilməsi istisna deyil.


Etiketlər:  İctimai nəqliyyatla bağlı əlavə qərarlar verilə bilər Hikmət Hacıyev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ