Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xarici ölkələrdən vətəndaşlarımızın ölkəyə gətirilməsi prosesi davam edir

Xarici ölkələrdən vətəndaşlarımızın ölkəyə gətirilməsi prosesi davam edir

Tarix: 29 Avqust 2020 11:50

Xarici ölkələrdən vətəndaşlarımızın həm quru, həm də hava yolu ilə koronavirus testi əsasında ölkəyə gətirilməsi prosesi davam etdirilir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

H.Hacıyev qeyd edib ki, vətəndaşlarımız hazırki dövrdə ciddi zərurət olmadan xarici ölkələrə getməkdən çəkinməlidir: "Biz vətəndaşlarımıza çağırış edirik ki, ciddi zərurət olmadan xarici ölkələrə səfərdən çəkinsinlər. Sanitar-epidemioloji vəziyyət hər an pisləşə bilər və vətəndaşlarımızın ölkəyə qayıtmasında çətinliklər yarana bilər".


Etiketlər:  Xarici ölkələrdən vətəndaşlarımızın ölkəyə gətirilməsi prosesi davam edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ