Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2020 18:27
Bakı. Trend:
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkədəki faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, Milli Hidrometeorologiya Xidmətinin avqustun 29-u saat 18:00-a olan məlumatına əsasən Sumqayıt, Bakı, Oğuz, Xaçmaz, Qusar, Yevlax, Zərdab, Kişçay(Şəki), Sarıbaş(Qax), Şahdağda arabir yağış yağıb.
Şimal-qərb küləyi arabir Neftçalada 20 m/s, Biləsuvarda 19 m/s, Salyanda 18 m/s, Bakı, Qum adasında 23 m/s, Ələtdə 20 m/s, Binədə 19 m/s, Neft Daşlarında 16 m/s, Çilov adasında 15 m/s-dək güclənib. Neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,5 metrə çatıb.