Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nano almaz batareyaları karbon emissiyası probleminin qarşısını ala bilər

Nano almaz batareyaları karbon emissiyası probleminin qarşısını ala bilər

Tarix: 29 Avqust 2020 21:20

Kaliforniyada yerləşən NDB şirkəti həm qısa ömürlü batareya, həm də karbon emissiyası problemini həll edə biləcək yeni bir batareya hazırlayıb. Nüvə tullantılarından hazırlanan bu batareyanın texnologiya dünyasını dəyişdirə biləcəyi deyilir.

Şirkətin iddiasına görə, enerji tələb etmədən 10 ildən 28 min ilə qədər bir batareya ömrü təqdim edəcəklər.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, Newatlas-da yer alan xəbərlərə görə, şirkət litium ionundan daha yüksək güc sıxlığı təklif edəcək. Elektrikli avtomobil qəzalarında da çox etibarlı olan bu batareyalar, hazırda istifadə olunan litium-ion batareyalardan daha ucuz olacaq.

London universitetindən professoru doktor John Shawe-Taylor NDB-nin böyük bir problemə çevrilən karbon emissiyalarını bahalı infrastruktur layihələri, enerji nəqli xərcləri və ya ətraf mühitə zərərli təsirlərə maliyyət verməyəcək şəkildə həll etmə potensialına sahib olduğunu söylədi. NDB, sadə və qənaətli bir şəkildə öz xammal karbon 14 materiallarını hazırlaya biləcəklərini söylədi.


Etiketlər:  Nano almaz batareyaları karbon emissiyası probleminin qarşısını bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ