Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2020 03:30
Pomidor və tomatda olan kaliy və likopin ürək damar problemləri, təzyiqi olanlar üçün faydalıdır.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, pomidor yemək damarların elastikliyini artırır, insult və infarktın qarşısını alır, ürək əzələsini qüvvətləndirir.
Likopin isə antioksidant kimi xolesterinlə mübarizə aparır. Qanı laxtalanmadan qoruyur, pıtraqları təmizləyir, qanı daha axıcı edir.
Məhz qanın damarlarda normal axını təzyiqi salır.
Vitamin C isə immun sistemi yaxşılaşdırır.
Bir ədəd pomidor yüksək təzyiqi olan xəstələrə bəs edir.
Şəkərli diabet xəstələri üçün də mütləqdir.
Pomidoru sadəcə duzsuz ya suyunu sıxaraq içir, ya da qabığını soyub yeyirsiz.
Təzyiq xəstələri duzlu pomidor yeməməlidir.
Mədə qıcqırması, turşuluğu olanlar pomidoru sıxıb suyuna bir qədər adi su əlavə edib içə bilər.