Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2020 10:30
İspaniya millisinin və "Real Sosyedad"ın hücumçusu Mikel Oyarzabalda koronavirus aşkarlanıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
İspaniya Futbol Federasiyasının yaydığı açıqlamada UEFA Millətlər Liqasıbda Almaniya (3 sentyabr) və Ukrayna (6 sentyabr) ilə oyunlara dəvət alan Oyarzabalın millinin heyətindən kənarlaşdırıldığı, onun əvəzində "Vilyarreal"dan Jerar Morenoya dəvət göndərildiyi bildirilib.
Qeyd edək ki, bir müddət öncə "Real Sosyedad"da Arits Elustondo və daha iki klub işçisində də koronavirus aşkarlanmışdı.