Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2020 15:44
Bakı. Trend:
Hindistan koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunmuş beynəlxalq uçuş qadağasını sentyabrın 30-dək uzadıb.
Trend-in məlumatına görə, bu barədə ölkənin Mülki Aviasiya Baş İdarəsi qərar verib.
Bu qadağa yük daşımalarına xüsusi icazəsi olan reyslərə şamil olunmayacaq.
Hindistanda beynəlxalq uçuşlar martın 23-dən qadağan edilib. Əvvəlcə qadağa mayın 25-də tətbiq edilsə də, daha sonra bu müddət bir neçə dəfə uzadılıb.