Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2020 15:48
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsində dəyişiklik edib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu, "Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 906 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" fərmanında əksini tapıb.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin gəlirləri 12 384 088,2 min manatdan 7 832 893,4 min manata endirilib, xərcləri isə 11 589 910,3 min manatdan 12 439 910,3 manata qaldırılıb.