Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2020 22:56
Avqustun 31-də Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hospitalın açılışında videoformatda iştirak edib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, tibb müəssisəsinin kollektivi ilə videoformatda görüşən dövlətimizin başçısı çıxış edib. Prezident ölkəmizdə COVID-19 infeksiyasının qarşısının alınması istiqamətində atılan addımlar, əldə olunan müsbət nəticələr haqqında danışıb. Ölkə başçısı bir daha vurğulayıb ki, Azərbaycan dövləti üçün əsas prioritet əhalinin sağlamlığının qorunmasıdır. Ona görə də pandemiya başlayandan dövlət resurslarından xəstəliyin qarşısının alınması istiqamətində mübarizəyə başladı, xəstələrin müalicəsi üçün yeni xəstəxanalar inşa edildi. Bunun nəticəsidir ki, Azərbaycan koronavirusdan az zərər görən ölkələr sırasındadır. Bu nəticə əlbəttə ki, ölkənin virusla səmərəli mübarizəsinin nəticəsidir.
Azərbaycan Televiziyasının (AzTV) "Hədəf" proqramında Prezidentin çıxışında toxunduğu məsələlər təhlil edilib. Verilişin qonaqları, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Fuad Çıraqov və Demokratiya və İnsan Haqları Komitəsinin sədri Çingiz Qənizadə ölkə başçısının çıxışında səsləndirdiyi fikirlər ətrafında müzakirə aparıblar.
"Hədəf" proqramına tam şəkildə "YouTube" kanalımızdan baxa bilərsiniz:
https://www.youtube.com/watch?v=e67SyqmN7VA
https://www.instagram.com/aztvresmi/?hl=ru
http://www.aztv.az/az/
https://www.facebook.com/aztvresmi
https://twitter.com/aztvresmi
https://www.youtube.com/channel/UCVf7OL0jKiO1OMHN_qaNf0w
İnformasiya dəstəyi - Trend.az