Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Marşrut avtobusundakı yanğına görə komissiya yaradılıb

Marşrut avtobusundakı yanğına görə komissiya yaradılıb

Tarix: 1 Sentyabr 2020 09:36

Bakı. Trend:

"BakuBus” MMC-nin istismarında olan 24 nömrəli müntəzəm marşrut xətti üzrə 99 JH 246 Dövlət Qeydiyyat Nişanlı avtobusda baş verən yanğın hadisəsi ilə əlaqəddar Bakı Nəqliyyat Agentliyində komissiya yaradılıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, hadisənin baş verməsi ilə bağlı məsələlər komissiya tərəfindən araşdırılacaq və nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, 01.09.2020 tarixində səhər saatlarında “BakuBus” MMC-nin istismarında olan 24 nömrəli müntəzəm marşrut xətti üzrə 99 JH 246 Dövlət Qeydiyyat Nişanlı avtobusda yanğın hadisəsi olub.

Yanğın zamanı sürücü təlimata uyğun davranaraq dərhal sərnişinləri təxliyə edib. Nəticədə sərnişinlər arasında xəsarət alan olmayıb.


Etiketlər:  Marşrut avtobusundakı yanğına görə komissiya yaradılıb


RƏYLƏR