Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəkildən insanları silə bilən proqram təqdim olunub

Şəkildən insanları silə bilən proqram təqdim olunub

Tarix: 27 Iyun 2019 11:52

“iPhone” sahibləri üçün əlçatan olan “Bye Bye Camera” adlı mobil proqram şəkildən insanları silmək xüsusiyyətinə malikdir. Bu haqda “Tech Crunch” portalı yazıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, “Do Something Good” şirkətinin proqramçıları bildiriblər ki, bu proqramın köməyi ilə istənilən şəkildən insanları silmək mümkündür. Xüsusi alqoritmlər şəkildəki insan fiqurunun konturunu hesablayır, onu kəsir, sonra isə boş qalmış hissəsini düzəldirlər.

 

Məlumata görə, sözügedən proqram şəkildən heyvan fiqurlarını silmir.

 

Emil Hüseynov




Etiketlər:  Şəkildən insanları silə bilən proqram təqdim olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ