Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2020 16:44
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus "Şirvan" 100 tonluq kran gəmisinin əsaslı təmiri yekunlaşıb.
Sonxeber.net xəbər verir ki bu barədə Trend-ə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən (ASCO) bildiriblər. Proses "Bibiheybət" Gəmi Təmiri Zavodunda yerinə yetirilib.
Təmir müddətində gəmi mexanizmləri, baş mühərrikləri, braşpil və şpil qurğuları, nasosları, boru sistemləri, sanitar qovşaqları, elektrik mühərriklərinin cari təmir işləri aparılıb. Bununla belə, gəminin hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğularının təmiri də yerinə yetirilib.
"Şirvan" gəmisi tərsanəyə qaldırılaraq gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib, gəmi üzrə rəngləmə işləri görülüb.