Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Samsung səhvən Galaxy Z Fold 2-nin qiymətini sızdırıb

Samsung səhvən Galaxy Z Fold 2-nin qiymətini sızdırıb

Tarix: 1 Sentyabr 2020 22:20

Samsung şirkəti qatlana bilən Galaxy Z Fold 2 smartfon modelini bu ayın əvvəlində təqdim etmişdi. Həmin təqdimat zamanı smartfonun texniki özəllikləri və satış qiyməti barəsində dəqiq bir məlumat verilməmişdi. Bütün bu məlumatlar sözügedən smartfon üçün 1 sentyabr tarixində ayrıca keçiriləcək xüsusi tədbir çərçivəsində veriləcək. Lakin Samsung şirkəti öz saytında səhvən Galaxy Z Fold 2-nin qiymətini sızdırıb. Bu barədə Androidauthority saytı xəbər verib.

Samsung-un Britaniya şöbəsi üzrə saytında Galaxy Z Fold 2-nin təsviri və qiymət göstəricisi ortaya çıxıb. Beləliklə həmin saytdakı məlumata əsasən smartfon 1799 funt sterlinq (2375$) qiymətində satılacaq. İnsayderlər qeyd ediblər ki, smartfon ABŞ-da yerli valyutaya bağlı olacaq və 1899$-a satılacaq. Bu isə keçən ilki Galaxy Fold-dan 100$ ucuzdur. Saytda ortaya çıxmış məlumata əsasən satışa çıxan zaman Galaxy Z Fold 2-nin yalnız 256 GB daxili yaddaşa sahib versiyası təqdim olunacaq.

Milli.Az


Etiketlər:  Samsung səhvən Galaxy Z Fold 2 nin qiymətini sızdırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ