Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2020 09:51
Bakı. Trend:
Şəmkir rayonunun Könüllü kəndində ümumi sahəsi 550 kv.m olan fermanın yanar konstruksiyaları 150 kv.m sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yüksək temperaturdan yaxınlıqdakı köməkçi tikilinin taxtadan ibarət divarı 10 kv.m sahədə qarsalanıb.
Fermanın qalan hissəsi və tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.