Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2020 09:22
Şəmkir rayonunun Könüllü kəndində ümumi sahəsi 550 m² olan fermanın yanar konstruksiyaları 150 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, yüksək temperaturdan yaxınlıqdakı köməkçi tikilinin taxtadan ibarət divarı 10 m² sahədə qarsalanıb.
Fermanın qalan hissəsi və tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.