Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tomas Qolts: ''İşğal olunmuş ərazilərə qanunsuz köçürmə hərbi cinayətdir''

Tomas Qolts: ''İşğal olunmuş ərazilərə qanunsuz köçürmə hərbi cinayətdir''

Tarix: 2 Sentyabr 2020 12:39

Cenevrə konvensiyalarına əsasən, dinc sakinlərin döyüş zonalarına, həmçinin işğal olunmuş ərazilərə köçürülməsi hərbi cinayətdir.

Sonxeber.net bildirir ki, bunu Trend-ə amerikalı ekspert, jurnalist, ADA Universitetinin fəxri doktoru Tomas Qolts Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırma siyasəti barədə sualı cavablandırarkən deyib.

O qeyd edib ki, bu cür addımlar beynəlxalq məsuliyyətə yol açır.

1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ətraf 7 rayon - Azərbaycan ərazisinin 20 faizi - Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktı hələ də davam edir.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə nəticəsiz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.


Etiketlər:  Tomas Qolts İşğal olunmuş ərazilərə qanunsuz köçürmə hərbi cinayətdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ